Ödəniş etmədən parka girdiyi üçün idmançının qolunu sındırdılar - VİDEO

Məşhur velosipedçi Nikolas Dlamini parkda reyncerlər tərəfindən kobud şəkildə saxlanılarkən qolu sınıb. Sonradan rentgen şəkillərindən aydın olub ki, idmançının çiyni də zədələnib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Hadisə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Milli parkda baş verib.

İdmançının saxlanılma anı isə başqa bir velosipedçi tərəfindən videoya çəkilib. 

Milli parkın bununla bağlı yayımladığı bəyanatda  velosipedçinin həbs zamanı müqavimət göstərdiyi üçün qolunun qırıldığı deyilib. Həmçinin iddia olunur ki, Dlamini ödəniş etmədən qoruğa girdiyi üçün saxlanılıb.

Dlamini 2019-cu ildə İspaniyanın mötəbər “Vuelta” velosiped günlüyünün üzvü olub. İdmançı Tokioda keçiriləcək Olimpiya Oyunlarında Cənubi Afrika Respublikasından seçilməyə ümid edir.

1.297297000885