Qadın sürücü sərxoş vəziyyətdə qəza törətdi – VİDEO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakunews.media xəbər verir ki, hadisə Yüsif Səfərov küçəsində baş verib.

Hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsü Qasımova Heyranə idarəetməni itirərək yol kənarında dayanmış VAZ 2107 markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində “Jiquli”də olan bir nəfər şəxs xəsarət alıb. Xanım sürücü isə yol polis əməkdaşları tərəfindən alkoqol sərxoşluğunun təyinetmə məntəqəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1.0306148529053