ABŞ-da kilsəyə növbəti silahlı hücum: Ölənlər var - FOTO

ABŞ-ın Texas ştatının Uayt Settlment şəhərində kilsəyə silahlı hücum olub.

“Dallas Morning News” agentliyi məlumat verir ki, silahlı hücum nəticəsində bir nəfər ölüb, daha iki nəfər ağır yaralanıb.

Hadisə yerində olan təcili tibbi yardım personalı yaralılardan birinin xəstəxanaya aparılarkən yolda vəfat etdiyini söyləyib. Üçüncü şəxsin isə xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir.

Məlumatlara görə, ölənlərdən biri hadisəni törədən silahlı şəxsdir.  

0.30124282836914