Azərbaycanda bu universitetdən 35 tələbə xaric edildi

Azərbaycan Tibb Universiteti 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.

Bakunews.media-ın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin Rektoryanı Şurası qərar verib.

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 20192020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.

İlhamə Əbülfət

0.33853888511658