Rusiyalı pilot ABŞ-da ölü tapıldı
Rusiyalı pilot ABŞ-da ölü tapılıb.
Bu barədə REN TV xəbər yayıb.
Bildirilir ki, hadisə dekabrın 29-da Florida ştatının Mayami şəhərində Ramada çimərlik kurortunda baş verib.
47 yaşlı pilotun cəsədi Rusiyadan gələn heyət üzvlərinin adətən yerləşdiyi “Ramada Beach Resort” otelinin yaxınlığında sahildə aşkarlanıb.
Pilotun ABŞ-a bir gün əvvəl, dekabrın 28-də gəldiyi və yenidən Rusiyaya getməli olduğu vurğulanır.
Onun ölümünün səbəbi araşdırılır.