Silahlı dəstə kəndə hücum etdi: 18 mülki şəxs qətlə yetirilib

Konqo Demokratik Respublikasının şərqində “Müttəfiq Demokratik Qüvvələr” adlı dəstənin silahlıları mülki insanlara hücum edərək 18 nəfəri qətlə yetirib.

Bu haqda AFR agentliyinə məlumatı hökumət rəsmisi Donat Kivbana verib.

2019-cu ilin oktyabr ayından başlayaraq Konqo ordusu sözügedən dəstənin silahlılarına qarşı əməliyyat keçirsə də, 200 insan “Müttəfiq Demokratik Qüvvələri” tərəfindən qətlə yetirilib.

Yerli əhali dövlət rəsmiləri və BMT sülhməramlılarını bölgədə sabitliyi qoruya bilmədiklərinə görə tənqid edir.

0.87026286125183