Restorandan aldıqları kababdan həb çıxdı - FOTO

Britaniyalı qız iki rəfiqəsi ilə birlikdə aldıqları kababın içində təsadüfən həblər aşkarlayıblar. Hadisə Qərbi Sussueks qraflığında qeydə alınıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, Cemma Hud və rəfiqələri gəzintidən evə qayıdarkən “İstanbul Gril”dən gecə yemək üçün kabab alıblar. Həblər isə tamamilə təsadüfən aşkarlanıb.

Cemmanın sözlərinə görə, rəfiqəsi kababı çəngəllə yemək qərarına gəlib. Bu zaman naməlum preparatları görüb. Həmin vaxt ağzında da bir həb olduğu anlaşılıb.

Bundan sonra dostlar polisə zəng edərək ifadə veriblər. Bir gün sonra polis müəssisədə tədqiqatlara başlayıb, 30 və 42 yaşlarında iki nəfər saxlanılıb.

İstintaq davam edir.

0.3014440536499