Gəncədə iki avtomobil toqquşub, sürücü xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub.

Yol qəzası nəticəsində “Jiquli”nin sürücüsü 1996-cı il təvəllüdlü Fərzəliyev Ehtiram Vaqif oğlu xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

 

0.41907596588135