Tanınmış QHT rəhbəri Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasını nüfuzlu Pakistanin xəbər portalında ictimailəşdirib

QHT rəhbəri, jurnalist Cavid Şahverdiyev Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatların nümayəndələri, ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasını Pakistanın nüfuzlu Pakistanin theworld.pk, xəbər portalında ictimailəşdirib.

Məlumatda qeyd olunub ki, QHT rəhbərləri, ekoloji fəallar Qarabağda təbii sərvətlərin talan edilməsinə son qoyulmasını tələb ediblər. İştirakçılar bəyan ediblər ki, "sülhməramlı" adı altında erməni separatizmini dəstəkləyən Rusiya silahlı qüvvələrinin komandanı Andrey Volkov gəlməyənədək aksiya davam edəcək. Xəbər Rusiyanın nüfuzlu Politrus.com saytının teleqram kanalında (https://t.me/polit_rus) da yerləşdirilib.

https://pakistanintheworld.pk/live/ngos-environment-activits-protest-against-illegal-activities-of-armenians-in-khankendi-region/

0.044883012771606