Bakıda yanğın qaz sayğacını sıradan çıxardı, qaz təchizatı dayandı - FOTO

Bakıda yanğın zamanı kəsilmiz qaz təchizatı bərpa olunub. 

Bakunews.media-a bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.  

Bildirilib ki, şəhərin Nərimanov rayonu, Azadlıq prospektindəki 142 saylı 5 mərtəbəli binanın 2-ci mərtəbəsində elektrik xətlərində yanğın baş verib.  

Bu zaman qaz sızması da qeydə alınıb. Xoşbəxtlikdən qonşuların sayıqlığı nəticəsində qaz xətlərində hər hansı hadisə baş verməyib. Buna baxmayaraq, yanğın bir ədəd qaz sayğacını sıradan çıxarıb.  

Təhlükəsizlik tədbirləri görülərək binanın qaz təchizatı dayandırılıb. Saat 16:00 radələrində “Azəriqaz” İB-nin əməkdaşları qeyd edilən ünvanda bərpa işlərini tamamlayıb. 

1.0630931854248