İran Prezidentindən sərt açıqlamalar: ABŞ Yaxın Şərq üçün çox təhlükəli yola girdi

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymanini öldürməklə Yaxın Şərq üçün yeni və təhlükəli yola girdi. 

“RİA Novosti” xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. 

Tehranda Qətərin Xarici İşlər Naziri Muhammed İbn Abdurrahman Əl Tani ilə görüşdən sonra açıqlama verən İran dövlət başçısı qeyd edib ki, regiondakı dövlətlər mütləq əlaqədə olmalıdırlar: 

“Təəssüf ki, amerikalılar bölgə üçün çox təhlükəli ola biləcək yeni bir yola başladılar, buna görə də indiki şəraitdə dost ölkələrin daha yaxından məsləhətləşmələri və əlaqə yaratmaları zəruridir”. 

Ruhani əlavə edib ki, ABŞ “terrorla qlobal mübarizəni özündə təcəssüm etdirən” general Süleymanini “ən cinayətkar şəkildə” öldürüb. 

0.310142993927