Qadağan edilmiş yerdən yolu keçmək istədi, xəstəxanalıq oldu

Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.  

Bakunews.media xəbər verir ki, minik avtomobili piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçən 16 yaşlı Zərifə İskəndərovanı vurub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli 

0.94870591163635