Yollarda sürət həddi endirildi

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.  

Bakunews.media xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.  

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. 

 

1.2214078903198