Bakıda iki qardaş yaşadıqları evdə dayısı oğlu tərəfindən bıçaqlandı

Qaradağ rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, hadisə Ümid qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Həmidov Arif Sabir oğlu və onun qardaşı 1985-ci il təvəllüdlü Həmidov Təşəkkür Sabir oğlu yaşadıqları evdə qonaq olan dayısı oğlu ilə mübahisə ediblər. Nəticədə hər iki qardaş bıçaqlanıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Həmidovun vəziyyəti ağırdır.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

1.0534861087799