“Real” səfərdə “Xetafe”ni məğlub etdi və “Barselona”ya çatdı – VİDEO
İspaniya La Liqasının XIX turunda “Real Madrid” səfərdə “Xetafe”ni məğlub edib.
Bakunews.media xəbər verir ki, oyun 0:3 hesabı ilə başa çatıb.
Oyunda ilk topu öz qapısına təsadüfən “Xetafe”nin qapıçısı Soria vurub (34 dəq). Qonaqların heyətində Varan (53) və Modriç (90+6) fərqləniblər.
“Real” 40 xal yığaraq turnir cədvəlində kataloniya derbisində uğur əldə edə bilməyən (2:2) “Barselona”ya çatıb.