Baku.ws-in 16 yaşı tamam olur

Bu gün BAKU.WS-in fəaliyyətə başladığı gündən düz 16 il ötür.

Bakunews.media xəbər verir ki, bu 16 ildə xəbər portal oxucularına dünyanın istənilən nöqtəsindən və Azərbaycandan ən maraqlı məlumatları çatdırıb və bu işini uğurla davam etdirməkdədir.

Daim eksklüziv xəbərlər, araşdırma xarakterli məqalələrlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib.

Bu saytın oxucularının sayı hər ay milyonlarla ölçülür. BAKU.WS-in Azərbaycanın bölgələrində və ölkə xaricində fəaliyyət göstərən xüsusi müxbirləri 7/24 baş verən hadisələri operativ olaraq oxucuya təqdim edir. Tam əminliklə demək olar ki, BAKU.WS oxucusu dünyanın istənilən nöqtəsində baş verən hadisə və yeniliklərdən məlumatsız qalmır.

0.36717104911804