Firdovsi Umudovun 43 yaşı tamam olur - VİDEO

Bu gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun doğum günüdür.

Bakunews.media xəbər verir ki, 5 yanvar 1977-ci ildə anadan olmuş F.Umudovun 43 yaşı tamam olur.

Sərbəst güləş üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa çempionatının bürünc, tələbələr arasında dünya çempionatının gümüş medalını qazanmış və Dünya Kubokuna sahib olmuş Firdovsi Umudov 2005-ci ildən məşqçilik fəaliyyətinə başlayıb. 

2007-08-ci illərdə yeniyetmələrdən ibarət yığmamızda, 2008-2016-cı illərdə isə əsas millidə böyük məşqçi kimi fəaliyyət göstərib. Güləşdəki xidmətlərinə görə, Prezident İlham Əliyev tərəfindən Şöhrət ordeni (2012), Azərbaycan prezidentinin fəxri diplomu (2015) və Tərəqqi medalı (2016) ilə mükafatlandırılıb. Üç dəfə Azərbaycanda, bir dəfə isə dünyada ilin məşqçisi seçilib. Əməkdar məşqçi olan Firdovsi Umudov 2016-cı ildən 2018-ci ilədək millinin böyük və baş məşqçisi kimi çalışıb.

O, hazırda Federasiyanın vitse-prezidenti, Dövlət Sərhəd Xidmətinin zabitidir.

Elə Firdovsi Umudovun özü də dəfələrlə vurğulayıb ki, “biz idmançıdan öncə, birinci növbədə əsgər yetişdiririk”. Döyüşkən əsgər ruhlu güləşçilərimiz elə bu psixologiya ilə vətənə medalla qayıdıblar.

 

1.142725944519