Kanada vs Rusiya: xokkey üzrə dunya çempionatının finalında inanılmaz “kambek” – VİDEO

Kanada yığması gənclər arasında xokkey üzrə dunya çempionu oldu.

Bakunews.media xəbər verir ki, final qarşılaşmasında kanadalılar Rusiya yığmasını 4:3 hesabı ilə məğlub edib.

Oyunun qurtarmasına 10 dəqiqə qalmış Kanada 1:3 hesabı ilə uduzurdu, lakin oyuna qayıdıb, ard-arda 3 şayba vuraraq qaləbə qazanıb.

Beləliklə, kanadalılar həmin yarışın qrup mərhələsində rusiyalılara biabırçi məğlubiyyətin (0:6) qisasını alıblar.

Kanadanın gənclərdən ibarət yığması tarixində 18-ci dəfə dünya çempionu olub.

 

0.3314380645752