18 yaşlı futbolçu fantastik qol ilə “Liverpul”a qələbə qazandırdı - VİDEO

İngiltərə Kubokunun III turunda “Liverpul” öz meydanında “Everton”u qəbul edib.

Bakunews.media xəbər verir ki, əvəzləyici heyətlə oynayan “mersisaydlılar” minimal hesabla qələbə qazanıblar - 1:0. 

Oyunda yeganə golu gözəl zərbə ilə 18 yaşlı yarımmüdafiəçi Kertis Cons vurub (71 dəq).

Bu Consun “Liverpul”un əsas komandasında ikinci oyunu və ilk qoludur.

 

0.32097101211548