Futbol yoxsa xokkey? – NHL-da kanadalı başla qol vurdu – VİDEO

Milli Xokkey Liqasında (NHL) “Ottava” klubunun hücumçusu Kolin Uayt “Tampa-Bey” qapısına başla qol vurub.

NHL-ın rəsmi “YouTube” kanalında yerləşdirilən videoda görünür ki, kanadalı rəqib komandanın qapısı qarşısında yaranmış vəziyyətdən qeyri-adi çıxış yolu tapıb.

Lakin oyunun hakimi bu qolun qaydalara uyğun olmadığından onu hesaba almayıb.

Oyundan sonra Uayt belə qaydalar haqqında xəbəri olmadığını bildirib.

0.30103802680969