Qadın millimiz üçün Olimpiadada son şans

Bu gündən etibarən qadınlardan ibarət voleybol millimiz Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün son şansından istifadə etməyə çalışacaq.

Bakunews.media xəbər verir ki, millimiz Niderlandın Apeldoorn şəhərində A qrupunda bu gün mübarizəyə start verəcək.

Baş məşqçi Vasif Talıbov rəsmi şəkildə millimizdə debüt edəcək. Onun komandası Bakı vaxtı ilə saat 22:30-da yerli milli komanda ilə qüvvəsini sınayacaq. 

Qeyd edək ki, komandamızın A qrupunda digər rəqibləri Bolqarıstan və Polşa milliləridir. Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq və B qrupunun ilk iki komandası ilə finala çıxmaq uğrunda mübarizə aparacaq.

Səbuhi Musayev

0.29111099243164