Azərbaycanın Paralimpiya Oyunları üçün şef-de-missionunun adı bilindi

2020 Tokio Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri (şef-de-mission) təyin edilib.

Bakunews.media-a verilən məlumata görə, bu, Milli Paralimpiya Komitəsinin (MPK) İdman şöbəsinin müdiri Rauf Mürsəlovdur.

R.Mürsəlov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində tamamlayıb. 2011-ci ildən MPK-da İdman şöbəsində fəaliyyətə başlayıb, hazırda isə komitənin İdman şöbəsinin müdiridir.

R.Mürsəlov 2012 və 2016 Yay Paralimpiya Oyunlarında nümayəndə heyətinin üzvü və dəfələrlə dünya və Avropa çempionatlarında komanda rəhbəri olub.

Qeyd edək ki, komitənin idmançıları tərəfindən bu günə qədər “Tokio 2020”yə yeddi lisenziya qazanılıb. Bu lisenziyalar güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrədir. “Tokio 2020”də Azərbaycanın yeddi idman növü üzrə 32 atlet ilə təmsil olunacağı proqnozlaşdırılır.

0.2715859413147