Məzahir Pənahovdan deputatlığa namizədlərə çağırış: “Əmlaklarınızı gizlətməyin!”
Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidirlər.
Bakunews.media-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
O deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir:
“Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.