Abxaziyada nümayişçilər prezident administrasiyasının binasını ələ keçirdilər – VİDEO

Abxaziyada nümayişçilər prezident administrasiyasının binasını ələ keçiriblər, daha sonra isə parlament binasına soxulublar.

“RİA Novosti” xəbər verir ki, etiraz aksiyaları respublikada sosial durumun aşağı səviyyədə olmasına qarşı yönəlib.

Nümayişçiləri həmçinin paytaxt Suxumun mərkəzində baş verən atşma narahat edir.

Hadisə ilə bağlı Abxaziya prezidenti Raul Xacimba Təhlükəsizlik Şurasının iclasını keçirib. Onun yekunlarına görə prezident vətəndaşları provokasiyalara uymamağa çağırıb. O həmçinin fövqəladə vəziyyətin elan olunmasını istisna etməyib.

 

0.40270400047302