Yeni həmkarlar birliyi yarandı

Bu gün Azərbaycanda bir neçə tanınmış ictimai xadimin təşəbbüsü ilə Vətəndaş hüquqlarının müdafiəsinə dəstək - “Müstəqil Həmkarlar” İctimai Birliyinin ictimayyətə təqdimat mərasimi keçirilib.

“Müstəqil Həmkarlar” İB İdarə Heyətinin üzvləri, deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Xəzər Teyyublu, tanınmış ictimai fəal Əhməd Rəhmanov və prezidentliyə keçmiş namizəd Fuad Əliyev yeni yaradılan ictimai təşkilatın fəaliyyət məqsədlərini açıqlayıblar. Əsas məqsəd sosial hüquqları pozulmuş vətəndaşların yanında yer almaq, onların problemlərinin hüquqi müstəvidə həllinə nail olmaq və müxtəlif problemlərin həllində vətəndaşlara ictimai dəstək göstərməkdir.

Sonda İctimai Birliyin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablandırıblar.

0.067640066146851