Bakıda şadlıq sarayından çıxan şəxsi avtomobil vurub
Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza Mikayıl Əliyev küçəsində baş verib.
1985-ci il təvəllüdlü Sadiq Şakir oğlu Babayev şadlıq sarayından çıxaraq yolun əks tərəfinə keçmək istəyərkən onu nəqliyyat vasitəsi vurub.
Yaralı qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.