Bakıda doğulan Afrikanın ən zəngin qadınının aktivləri dondurula bilər

Anqolanı 38 il müddətində idarə edən Joze Eduardu duş Santuşun qızı vətənində korrupsiyada ittiham olunur. 

İstintaqa əsasən, 2016-2017-ci illərdə “Sonango” dövlət neft şirkətinin rəhbəri olmuş İzabelin fəaliyyəti ölkəyə 1,3 mlrd dollardan artıq zərər vura bilərdi. Buna görə də, hökumət onun aktivlərinə həbs qoymaq qərarına gəlib. Bununla yanaşı, onun həyat yoldaşı, Konqo Demokratik Respublikasından olan iş adamı Sindika Dokolonun da mülkiyyəti dondurulub.

46 yaşlı İzabel duş Santuşun özü isə bu cür təzyiqlərin siyasi səbəblərlə bağlı olduğunu bildirib.

“Bu, siyasi prosesdir”, -  deyə milyarder, Afrikanın ən zəngin qadını “Reuters”ə  müsahibəsində bildirib.

Qeyd edək ki, İzabel 1973-cü ildə Bakıda Anqola inqilabçısı Joze Eduardu duş Santuşun və Sovet vətəndaşı Tatyana Kukanovanın ailəsində anadan olub.

 

0.83521389961243