İspaniyada orta əsrə aid qəsr icarəyə verilib - FOTO

İspaniyanın Jirona şəhərində orta əsrə aid “Lyaes” qalası icarəyə çıxarılıb.

RİA “Novosti”nin məlumatına görə, bu barədə “The Sun” bildirib.

X əsrdə tikilən qəsrdə 16 nəfər gecələyə bilər. Ora Barselonadan iki saata çatmaq olar.

Onun bir gecəsi turistlərdən ibarət qrupa 330 dollara başa gələcək. Bu, təxminən adam başına 20 dollar deməkdir. Turistlərin ixtiyarına taxta çarpayıları olan səkkiz yataq otağı, kilsə, bağ və quyu veriləcək.

Qəsrin sahibi Mark Qindjoan potensial qonaqlara xəbərdarlıq edərək bildirib ki, “Lyaes” qəsri sivilizasiyadan uzaq olduğu üçün onlar xeyli piyada getməyə hazır olmalıdırlar. Yaxınlıqda mağaza olmadığı üçün, qonaqlar, həmçinin yemək ehtiyatı da görməlidirlər. 

 

1.1268739700317