Həbsdən yeni çıxmış futbolçudan möhtəşəm qol – VİDEO
Sankt-Peterburqun “Zenit” futbol klubunun hücumçusu Aleksandr Kokorinin məşq zamanı vurduğu gözəl qol sosial şəbəkələrdə çoxlu baxış sayı əldə edib.
Görüntülər klubun “Twitter” və “Instagram” səhifələrinə yerləşdirilib.
Qeyd edək ki, 2019-cu ilin may ayında Moskva məhkəməsi davada iştirak etdikləri üçün Rusiya yığmasının futbolçuları Aleksandr Kokorin və Pavel Mamayevi həbs cəzasına məhkum etmişdi. Onlar 2019-cu ilin sentyabr ayında azad olunublar.