Sabirabadda maşın vuran ağır yaralını Bakıya gətirdilər

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. 

APA xəbər verir ki, qəza Qaragünə kəndi ərazisində baş verib. 

“VAZ-2107” markalı minik avtomobili yolu keçən 1994-cü il təvəllüdlü Qayıbov Baloğlan Əhməd oğlunu vurub. 

Yaralı dərhal Bakıya, 1 saylı şəhər xəstəxanasına gətirilib. 

Faktla bağlı araşdırma aparılır. 

 

0.34934115409851