II Yelizaveta “Brexit”i təsdiqləyib

Kraliça II Yelizaveta Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (Brexit) haqqında Boris Conson hökumətinin hazırladığı qanun layihəsini imzalayıb. Bununla da layihə artıq qanun statusu alıb.

Britaniya mətbuatı xəbər verir ki, bu barədə deputatlara İcmalar palatası spikerinin müavini Naycel Evans məlumat verib.

“Brexit” yanvarın 31-də olacaq. Bunun üçün Birləşmiş Krallığın Aİ-nin tərkibindən çıxması haqqında saziş Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir. 

0.43741703033447