Məşhur repçi oğurluğa görə saxlanıldı

ABŞ-da tanınmış repçi YG (əsil adı Kinon Cekson) oğurluqda şübhəli bilinərək saxlanılıb.

“CBS News”un məlumatına əsasən, Los-Anceles polisi 29 yaşlı musiqiçinin evində yanvarın 24-də axtarış aparıb.

Bildirilir ki, YG hüquq-mühafizə orqanları tərəfindən məhz bu axtarışdan sonra saxlanılıb. 

Şerif musiqiçinin həbsinə dair şərh verməyib.

Qeyd edək ki, iki gündən sonra, YG nüfuzlu “Grammy” mükafatının təqdimat mərasimində çıxış etməli idi.

0.81277894973755