Tramp ABŞ Kosmik Qüvvələrinin loqotipini göstərdi - FOTO

Prezident Donald Tramp özünün “Twitter” səhifəsində ABŞ Kosmik Qüvvələrinin yeni loqotipini təqdim edib.

O qeyd edib ki, altıncı tip yeni emblem üzərində dizayner, hərbçi və digər mütəxəssislər çalışıblar.

Dəyirmi loqotip tünd göy rəngdədir və üzərində ulduzları təcəssüm etdirən ağ nöqtələr var.

Onun üzərində, həmçinin mavi rəngli Yer və yuxarı yönəldilmiş ağ rəngli ox ucu şəklində fiqur da təsvir olunub.

Emblemdə dairə boyu “Amerika Birləşmiş Ştatlarının Kosmik Qüvvələri və Hərbi Hava Qüvvələri Nazirliyi” yazılıb.

0.30998706817627