Bakıda 50 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

Paytaxtın Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.  

Bakunews.media xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi, “Lager” düşərgəsində qeydə alınıb.  

1970-ci il təvəllüdlü İsmayılov Elçin Şirindil oğlu yaşadığı binanın yaxınlığında tanımadığı şəxslərlə mübahisə zəmnində döyülüb.  

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli 

0.31141805648804