Xərçəng xəstəliyinin ilkin əlamətləri açıqlanıb

“Anusda daimi ağrılar düz bağırsağın xərçənginin əlaməti ola bilər”.

Bunu rusiyalı onkoloq və proktoloq Yelena Smirnova özünün “Telegram” kanalında yazıb.

Mütəxəssisin sözlərinə görə, anal dəlik nahiyəsində ağrılardan əziyyət çəkən xəstələr tez-tez həkimdən müayinə keçirməməyi xahiş edirlər. Bir çox həkim bununla razılaşır və müayinəni təxirə salır. Nəticədə bu, ciddi nəticələrə səbəb ola bilər.

“Bir çox həkimlərin sizə yazığı gəlir və müayinəni daha sonrakı vaxta təxirə salırlar”, - deyə Smirnova bildirib.

Nümunə olaraq, o, uzun müddət anal fissuru müalicə edən və proktoloqa müayinə üçün gəlməyən xəstələrindən biri haqqında danışıb. Nəticədə qadına bədxassəli yenitörəmə - skuamöz hüceyrəli karsinoma diaqnozu qoyulub.

“Xəstə kimya və şüa terapiyası gözləyir. Əgər onlar təsirli olarsa, bağırsağın çıxarılmasına ehtiyac qalmaya bilər”, - Smirnova izah edib.

Mənbə: gazeta.ru

0.34462404251099