Fotoqrafın altı ilini sərf etdiyi şəkil NASA-da günün görüntüsü seçildi - FOTO

İtalyan fotoqraf Valerio Minatonun çəkdiyi kadr NASA tərəfindən günün fotosu seçilib.

Məlumata görə, o, bu unikal anı çəkmək üçün altı ilini sərf edib.

Şəkildə Monviso dağının üzərində yüksələn ay əks olunub, ön planda isə Superqa Bazilikasının zərif silueti görünür.

Qeyd edək ki, Superqa Turindən şimal-şərqdə, dəniz səviyyəsindən 672 metr yüksəklikdə tikilmiş katolik kilsədir.

Mənbə: City-n.ru

0.50343799591064