Oğuz rayonunda baş vermiş yanğın söndürülüb

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb.

ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.

İlhamə Əbülfət

0.32755398750305