İranda məcburi hicab tələbinə qarşı çıxan qadına şallaq cəzası verildi - FOTO
İranda məcburi hicab tələbinin əleyhdarlarından olan Röya Heşmətinin şallaq cəzasına məhkum edilməsi sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Tehran sakini olan Röya Heşməti daha öncə bu barədə “Facebook” hesabında paylaşım edib. O, paylaşımında məcburi hicab qaydalarına riayət etmədiyi üçün 74 şallaq zərbəsinə məhkum edildiyini açıqlayıb.