"Valensiya" - "Real Madrid" görüşü təxirə salınıb - SƏBƏB

Noyabrın 3-də keçirilməli olan İspaniya La Liqasının 12-ci turunun "Valensiya" - "Real Madrid" matçı sel fəlakəti üzündən təxirə salınıb.

Bakunews.media Sporx.com-a istinadən xəbər verir ki, 150-dən çox şəxs sel suları altında qalaraq həyatını itirdiyi üçün İspaniyada matəm elan edilib.

Qeyd edək ki, İspaniya La Liqasının 12-ci turunda keçirilməli olan "Valensiya" - "Real Madrid" görüşünün 2025-ci ilin fevralında baş tutacağı bildirilib.

0.041846990585327