Brayantın axırıncı tviti – Kobe NBA-nın tacını ona təhvil verdi
Son tvitində Kobe Brayant “Laykers”in oyunçusu Lebron Ceymsə heyranlığını dilə gətirib.
Ötən gün Lebron NBA-nın bütün tarixində topladığı xallarla Kobeni qabaqlayıb - Ceyms 33.655 xal toplayaraq Brayantı üçüncü pillədən kənarlaşdırıb.
“Oyunda irəliləməyə davam et, Lebron. Hörmətlər, qardaş!” - Kobe tvitində yazıb.
Kobe Lebronun uşaqlıq kumiridir. O, Brayantla ilk görüşü belə təsvir edir:
“Mən sadəcə dinləyirdim. Bacardığım hər şeyi mənimsəməyə çalışırdım. Onun dediyi bir şeyi xatırlayıram - özünüzü bir şeydə sınamaq və ən yaxşılarından biri olmaq istəyirsinizsə, çox çalışmalısınız”.
Kobe Brayant bu gün helikopter qəzası nəticəsində vəfat edib.