Ronaldunun qolu “Yuventus”-u məğlubiyyətdən xilas edə bilmədi
İtaliya çempionatının 21-ci turu çərçivəsində “Napoli” öz meydanında “Yuventus”-u qəbul edib.
“Sports.ru” xəbər verir ki, neapollular gözlənilmədən qələbəyə imza atıblar.
Görüşün ilk yarısı qolsuz keçib.
Oyunun ikinci hissəsində Petr Zyelinski “Napoli”-ni hesabda irəli çıxardıb.
86-cı dəqiqədə Lorenzo İnsinye aradakı fərqi ikiyə qaldırıb.
90-ci dəqiqədə Kriştianu Ronaldu hesabı 1:2 etsə də, bu qol komandasını məğlubiyyətdə qurtara bilməyib.