İranın casus gəmisi ABŞ-nin hücumundan öncə Qırmızı dənizi tərk edib - FOTO

“Behşad” adlandırılan İranın casus gəmisi 2021-ci ildən Qırmızı dənizdə yerləşdirilib.

Bu gəmi Tehranın proksi qüvvələrinə qarşı ABŞ və Britaniya hərbi əməliyyatlara hazırlaşarkən Qırmızı dənizi tərk edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Gəmilərin hərəkətini izləyən “Tanker Trucker” saytının xəbərinə görə, sözügedən gəminin Qırmızı dənizi tərk etməsinə səbəb ABŞ və Britaniya qüvvələrinin hücumları zamanı hədəflərdən biri olmaması üçün İran hökumətinin tədbir görməsi olub.

 

0.054788112640381