İlin ilk kral toyu baş tutub - FOTO

Bruney sultanının 32 yaşlı oğlu Əbdül Mətin 29 yaşlı Anişa İsa Kalebiçlə evlənib.

Sultan Hassanal Bolkiahın oğlunun yaxın məsləhətçilərindən birinin qızı ilə evlənməsi ilin ilk kral toyu olub. 10 günlük rəsmi şənliklər yanvarın 7-də ənənəvi olaraq toydan əvvəl keçirilən “Xatəmül-Quran” mərasimi ilə başlayıb.

Yanvarın 10-da Bruneydə yüz illərdir həyata keçirilən “pudralanma” mərasimi baş tutub. Bu mərasim ondan ibarətdir ki, yeni evlənənlərin qohumları və dostları onların əllərinə xüsusi pasta sürtərək evliliklərinə xeyir-dua verirlər. Yanvarın 11-də şahzadə Əbdül və Kalebiç paytaxt Bəndər Seri Beqavandakı “Ömər Əli Seyfuddin” məscidində rəsmi nikah mərasimi həyata keçiriblər.

Yanvarın 14-də dünyanın hər yerindən kral ailələrinin nümayəndələrinin iştirak edəcəyi rəsmi toy ziyafəti planlaşdırılır. Xüsusilə, Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun tədbirdə iştirak edəcəkləri gözlənilir. Sultan Hassanal Bolkiah da 2011-ci ildə Londonda britaniyalı şahzadənin toyunda iştirak edib.

Xatırladaq ki, şahzadə Əbdül Mətin və Anişa İsa Kalebiç bir neçə ildir ki, münasibətdədirlər. Onlar 2023-cü ilin oktyabrında nişanlandıqlarını elan ediblər.

Mənbə: lenta.ru

0.053953886032104