Rusiyada ananın oğluna verdiyi qəddar cəza görənləri hiddətləndirdi - FOTO

Rusiyanın Yekaterinburq şəhərində ana öz oğlunu şaxtalı havada ayaqqabısız, təkcə corabda küçədə gəzməyə məcbur edib.

Bölgə sakinləri gördükləri mənzərədən hiddətləniblər. Ana ayağında ayaqqabısı olmayan uşağa -23 dərəcə şaxtada və küləkli havada iti gəzdirməsini əmr edib.

Hıçqıraraq ağlayan uşaq ona soyuq olduğunu və ayaqlarının donaraq qopacağını desə də, qadın buna məhəl qoymayıb. “Yox, sadəcə xəstələnəcəksən”, - deyə qadın oğluna əsəbiləşib.

Şahidlərin dediyinə görə, ana oğluna qarşı nalayiq sözlər işlədib və iti uzun müddət gəzdirdiyi üçün onu söyüb.

“İtin ayaqları donub! Onu sənə hədiyyə etdik ki, öldürəsən?” - deyə qadın qışqırıb.

Öz oğlunun sağlamlığı isə qadını qəti şəkildə narahat etməyib.

Mənbə: “SHOT” “Telegram”

0.054599046707153