Alyaskada güclü zəlzələ olub

Alyaska sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Xidmətin məlumatına görə, seysmik hadisənin episentri Cuno şəhərindən 228 km cənub-qərbdə olub. Şəhərin əhalisi təxminən 32 700 nəfərdir.

Zəlzələnin episentri 20 km dərinlikdə yerləşir. Dağıntılar və itkilər barədə məlumat verilmir.

Mənbə: gazeta.ru

0.051906108856201