Yeni məktəbli formalarının qiyməti yüksək olacaq?

Tövsiyə edilir ki, yeni məktəbli formalarının qiyməti yüksək olmasın.

Bakunews.media xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramovun 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında deyib.

O bildirib ki, bir sıra istehsalçılar qiymətlərin yüksək olmamasına riayət edir:

“Bizdə olan məlumata görə, istehsalçıların özləri də qiymətlərin yüksək olmasında maraqlı deyil. Çünki qiymət münasib olarsa, formalar da satılar. Məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən rənzimlənmir.

Qanunvericiliyə əsasən, məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir. 

Bu barədə hər hansı bir rəqəmin səsləndirilməsi Nazirliyin səlahiyyətləri xaricindədir. Amma qiymətlər keyfiyyət və formadan asılı olaraq, istehsalçılardan asılıdır”.

Könül Cəfərli

0.30638289451599