Rəis müavini: “Partlayış olan sexin 2750 kvadratmetr sahəsi dağıntıya məruz qalıb”

“13 min kvadrat metr olan istehsalat sexlərinin 2750 kvadratmetri sahəsi dağıntılara məruz qalıb”.

Bakunews.media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini polkovnik Rza Xudiyev Bakıda mebel sexində baş verən bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, saat 11:54 radələrində qurumun qaynar xəttinə məlumat daxil olub:

“6 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə çatıblar. Yanğın qısa müddətdə tam söndürülüb.

Xəsarət alan 22 nəfər təxliyə olunub. Axtarışlar zamanı 3 nəfərin cəsədi tapılıb. 3 nəfər zərər çəkmədən xilas edilib. Axtarış xilasetmə tədbirləri davam etdirilir”.

Nəzrin Vahid

3.6148109436035