Yaşıl maliyyə nədir və banklar tərəfindən necə inkişaf etdiriləcək?

"Yaşıl maliyyənin inkişaf etdirilməsi üçün üç istiqamət üzrə - yaşıl maliyyənin cəlb edilməsi, formalaşdırılması, iqtisadiyyata dövr etdirilməsi məsələlərini müzakirə etdik".

Bu sözləri Bakunews.media-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

O bildirib ki, bütövlükdə iqlim dəyişmələri və yaşıl maliyyənin inkişaf etdirilməsi üçün bir sıra kanallar mövcuddur:

"İlk növbədə dövlət-özəl sektor əməkdaşlığı, ikincisi - banklar tərəfindən beynəlxalq təşkilatlardan vəsaitlərin cəlb edilməsi, üçüncüsü - bankların özü tərəfindən müvafiq şəkildə resursların cəlb edilməsi və iqtisadiyyata yönləndirilməsidir. Biz bu üç istiqamət üzrə - yaşıl maliyyənin cəlb edilməsi, formalaşdırılması və iqtisadiyyata dövr edilməsi məsələlərini müzakirə etmişik".

Yaşıl maliyyə nədir və banklar tərəfindən necə inkişaf etdiriləcək?

Yaşıl maliyyə nədir və banklar tərəfindən necə inkişaf etdiriləcək?

Aygün Mirakif

Video: Cavid Mehdiyev

0.044725894927979