Profilaktik tədbirlər davam etdirilir: Silah-sursatlar təhvil verildi - YENİLƏNİB + FOTO
Biləsuvar rayon sakinlərindən qanunsuz saxlanılan 10 ədəd odlu silah təhvil götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 10 ədəd müxtəlif markalı ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
15.01.2023, 20:44
Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı sakinlərdən iki sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb.
Bu istiqamətdə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.