Bakıda partlayışdan sonra mebel sexinin dağıntıları altında qalanların olduğu ehtimal edilir - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş partlayışla əlaqədar dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Bakunews.media-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, yeddi nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

İlhamə Əbülfət

0.046187162399292